Mehriban Əliyeva Strasburq Universitetinin prezidenti ilə görüşüb

27.10.2015 00:28     Sosreaksiya     1579

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretzlə görüşüb.

Reaksiya.az-ın məlumatına görə, görüşdə M. Əliyeva son illər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələrin inkişaf etdiyindən məmnunluğunu bildirib, bu sahədə bir çox işlərin həyata keçirildiyini vurğulayıb.

Ölkələrimiz arasında təhsil, mədəniyyət və elm sahələrində reallaşdırılan layihələrdən danışan M. Əliyeva bildirib ki, bütün bu addımlar Azərbaycan-Fransa dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. M. Əliyeva Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə ölkəmizdə Fransa ali məktəbinin yaradılacağını, artıq bu layihə üzrə konkret addımların atıldığını diqqətə çatdırıb.

A. Beretz isə Azərbaycana bu səfərinin layihənin həyata keçirilməsinə töhfə olacağına əminliyini ifadə edib. Görüşə görə təşəkkürünü bildirən A. Beretz Azərbaycanda Fransa ali məktəbinin yaradılması layihə

 

Şərhlər