Bülletenlərin DSK-lara təqdim edilməsi sona çatır

27.10.2015 09:53     Sosreaksiya     1817

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına təqdim edilməsi bu gün başa çatır.

Reaksiya.az trend-ə istinadən xəbər verir ki, seçkilərlə əlaqədar Təqvim Planına əsasən, seçki bülletenlərinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi isə oktyabrın 29-da başa çatacaq.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.

Şərhlər