Yağmurlu hava şəraiti davam edəcək

27.10.2015 12:45     Sosreaksiya     1835

Bakı və Abşeron yarımadasında oktyabrın 28-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 28-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı  yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 12-17, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.

Şərhlər