12 nəfər dəm qazından zəhərləndi

27.10.2015 14:27     Sosreaksiya     1763

Bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 12 nəfər müraciət edib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu rəqəmi ötən ilin müvafiq dövrü ilə müqayisədə az hesab etmək olar:

"Bu il dəm qazından zəhərlənənlər arasında ölüm halları baş verməyib".

Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanları ehtiyatlı olmağı tövsiyə edib.

Şərhlər

Çox oxunanlar