Dilimizə 2500 yeni termin daxil edilir - SİYAHI
27.10.2015 14:48 Sosreaksiya 1930
Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edilir.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, həmin terminlər yeni hazırlanan və artıq çap olunma ərəfəsində olan izahlı dilçilik lüğətinə daxil edilib.
Lüğətdəki terminlər son 2-3 il ərzində dilimizə yeni daxil olan və dilin daxili imkanları hesabına yaranan sözlərdir. Terminlər müxtəlif sahələr - informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrədir. Yeni terminlərin sırasında informatika sahəsi üzrə olan sözlər çoxluq təşkil edir.
S.Sadıqova əlavə edib ki, yeni terminlər indiyədək Azərbaycan dilinin orfoqrafiya, eləcə də izahlı lüğətinə daxil edilməyib.
Yeni terminlərin bir neçəsini oxuculara təqdim edirik:
AYFON – Səs, rabitə və görüntü imkanlarını özündə birləşdirən simsiz multimedia qurğusu.
AYPƏD – İnternetə fərdi qoşulma cihazı; klaviaturasız noutbuk.
BİOPSİYA – Xəstəliyin xarakterini mikroskopla müəyyən etmək üçün canlı orqanizm toxumasından kiçik bir parçanın kəsilib müayinə edilməsi.
CAKUZİ – Suyun xüsusi sistem üzrə dövr etdiyi və yüksək təzyiqlə vurulduğu vanna.
CEKPOT – Lotereyada böyük məbləğli uduş.
ÇAT - İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır.
ÇAT SEANS – İnternet şəbəkəsində qarşılıqlı dialoqun əsas forması.
ÇİLƏYİCİ HOVUZ – Su dövranlı basqılı boru kəmərləri sistemi ilə təchiz olunmuş açıq çən.
ÇİP – 1. Mürəkkəb siqnal elementi. Bu siqnalın uzunluğu informasiyalı simvolun uzunluğundan dəfələrlə azdır. 2. Bir kristal üzərində yarımkeçirici mikrosxem.
ÇİP SÜRƏTİ – Geniş skeptrli sistemdə siqnalların verilmə sürəti. Takt tezliyi giriş siqnalın tezliyindən dəfələrlə çoxdur.
ÇİPS – Lay-lay doğranmış və yağda qızardılmış kövrək, xırçıldayan kartof dilimləri.
ÇİZBURQER – İsti qəlyanaltı; ikiyə bölünmüş və arasına kotletlə pendir qoyulmuş ədviyyatlı dairəvi kökə.
DATA KART – İnformasiya əməliyyatlarını yerinə yetirmək üçün elektron kart.
DAYCEST – Rəqəmli imza rolunu oynayan qısa şifrələnmiş məlumat. Bu rabitə kanallarında şifrə edilməmiş məlumatlar birgə ötürülür.
DEBET - Müəssisənin (bankın) borclarının miqdarını göstərən, mühasibat hesablarının sol tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin artmasını, passiv hesablarda isə azalmasını göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın debetinə və digər hesabın kreditinə yazılır.
DEBET NOT – Bu və ya digər səbəblərə görə ödənilməli olan, sonuncu müəyyənləşdirilmiş məbləğin debet hesabına yazılması barədə bir tərəfin o biri tərəfə göndərdiyi bildiriş.
DEBET KARTI – Alıcının cari hesabından onun tərəfindən alınmış mal və xidmətlərə görə pul silinməsini həyata keçirən mikroprosessor kartoçka.
DEBİTOR – Kredit (borc) verilmiş hüquqi və ya fiziki (borclu) şəxslərdir.
DEBİTOR BORCLARI – 1. Debitorlardan, yəni hüquqi və ya fiziki şəxslərdən müəssisəyə çatacaq borcun məbləğidir. Debitor borcu iqtisadi fəaliyyətin normal prosesi və ya maliyyə, yaxud ödəmə intizamının pozulması ilə əlaqədar ola bilər. Debitor borcu xammal və materialların alınması üçün dövriyyə vəsaiti çatışmazlığında vaxtsız ödəmə hallarında, müəssisə dayanarkən işçilərə əmək haqqının verilməsində müəssisənin dövriyyəsindən vəsaitin ayrılmasını əks etdirir. 2. Şirkətin gəlirlərinin ümumi məbləğinin qeyri-müəyyənliyi nəticəsində, hələlik üçüncü şəxs tərəfindən daxilolmaların hesaba yazılmamış gəlirləridir.
DEBURS – Qaytarıla bilməyən ticarət və digər xərclər.
DEVALVASİYA - Pul vahidinin, qızıl məzənnəsinin rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. İnflyasiya, tədiyyə balansının defisiti (kəsiri) pul dövriyyəsinin pozulması nəticəsində digər ölkələrin valyutası ilə müqayisədə bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı düşməsi,qiymətdən düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.
DƏRƏCƏ PROFİLİ – Təhsil proqramı və ya ixtisaslaşma xüsusiyyətlərinin təsviridir. Bu tanıdıcı, təhsil proqramının məxsusi məqsədlərinə əsaslanan proqramın əsas xüsusiy-yətlərini, tədris olunan fənlərin akademik xəritəsinə və ya tematik təlimlərə necə uyğunlaşmasını və peşəkar ictimaiyyətə nə dərəcədə aid olmasını göstərir. Cəmiyyətin və konkret fənn sahəsinin birgə ehtiyaclarının, o cümlədən sözügedən təhsil proqramının təsis edilməsi üçün tələb olunan maliyyə və kadr resurslarının təhlili prosesinin nəticəsində yeni dərəcə profili təsis edilə bilər.
DİCEY – Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin və ya əsasən, musiqi üzərində qurulmuş radio proqramının aparıcısı.
DİSKRESİON SİFARİŞ – Qeydiyyatdan keçmiş nümayəndəyə və ya digər broker firmasına qiymətli kağızların seçilməsi, qiymətli kağızların miqdarı və həmçinin alqı-satqı haq-qında müştəri adından xüsusi qərarlar qəbul edilməsinə səlahiyyət verən sifarişdir.
DİSKRESYA SİYASƏTİ – Qanunverici və icraedici orqanın qərarında daha çox dəyişən iqtisadi vəziyyətə nəzərdə tutulan çevik siyasətdir.
DİSKRETLƏŞDİRMƏ – Fasiləsiz analoq siqnallarının diskret impulslar ardıcllığına çevrilməsi prosesi.
DİSKRET İSTEHSAL – Məhsulların fasilələrdə istehsal edildiyi metoddur. Məsələn, avtomobillərin, kompüterlərin və s-nin istehsalı.
DİSKRET KƏMİYYƏTLƏR – Müxtəlif qiymətli tapşırıqlara verilmiş fasiləsiz ölçülərin əksi olan kəmiyyətlər. İqtisadiyyatda üstünlük təşkil edən diskret anlayışlardan, göstəricilərdən istifadə edilir. Onlar qeydə alınır, ölçülür, müəyyən vaxt və müxtəlif anlarda hesablanır (saat, gün, həftə, ay, rüb, il, bir neçə il).
Şərhlər