Əli Həsənovun kitabları kitab fonduna daxil ediləcək - Kazanda
27.10.2015 16:46 Sosreaksiya 2116
Bu günlərdə Tatarıstan paytaxtı Kazanda səfərdə olan tarixi romanlar müəllifi, “Olaylar”ın təsisçisi və baş redaktoru dr. Yunus Oğuz və Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı bir sıra yaddaqalan görüş və müzakirələrdə bulunmuş, habelə Kazan şəhərində yerləşən önəmli qurum və quruluşlara, nüfuzlu kitabxanalara Azərbaycan həqiqətlərini əks etdirən kitablar bağışlayıblar.
Reaksiya.az xəbər verir ki, belə kitab bağışlanan ünvanlar sırasında 150 yaşlı Tatarıstan Milli Kitabxanası və nüfuzlu Kazan Federal Universitetinin (keçmiş Kazan Dövlət Universiteti) akd. Lobaçevski adına Elmi Kitabxanası da vardır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi tarix elmləri doktoru, professor Əli Həsənovun geosiyasət və Azərbaycanın xarici siyasətinə həsr olunmuş elmi kitablarını böyük məmnuniyyətlə qəbul edən kitabxanaların məsul əməkdaşları, müvafiq işləmlərdən sonra, həmin kitabların daimi kitab fonduna daxil ediləcəyini bildiriblər.
Qarşılıqlı olaraq, belə bir istək və inam ifadə olunmuşdur ki, kitab mübadiləsi bundan sonra da davam etdiriləcək və qardaş Tatarıstanın nüfuzlu kitabxanaları Azərbaycanla bağlı yaxud Azərbaycanlı müəlliflər tərəfindən qələmə alınmış kitablarla təmin olunacaqdır.
Şərhlər