İki nəfər intihar etdi - Bakıda
27.10.2015 17:35 Sosreaksiya 2282
Bakı şəhərində iki nəfər intihar edib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisələrdən biri bu gün Binəqədi rayonunda yerləşən dülgər sexində qeydə alınıb. Orada usta işləyən 1962-ci il təvəllüdlü Etibar Məhəmməd oğlu Quliyev iş yerində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Digər hadisə isə Qaradağ rayonunda qeydə alınıb. Rayon sakini, 30 yaşlı Xədicə Dünyamalı qızı Cavadova yaşadığı evdə özünü asaraq intihar edib.
Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər