İlham Əliyevdən yeni təyinat

28.10.2015 00:19     Sosreaksiya     1683

Zaur Rafik oğlu Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.

Reaksiya.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

"PAŞA Sığorta" şirkətindən verilən məlumata görə, Z. Əliyev 1981-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Böyük Britaniyada "East Anglia" universitetində mühasibat və maliyyə üzrə bakalavr dərəcəsini bitirərək Qazaxıstanın Almatı şəhərində "Ernst Young" şirkətində audit mütəxəssisi kimi iş fəaliyyətinə başlayıb. 2004-cü ildə "Ernst Young" şirkətinin Bakı ofisində eyni vəzifəyə, bir müddət sonra isə Böyük Britaniyanın London şəhərinə audit baş mütəxəssisi vəzifəsinə təyin olunaraq 5 ilə yaxın burada çalışıb.

2005-2008-ci illərdə imtahanlarda yüksək nəticə göstərərək Böyük Britaniyanın İxtisaslaşmış Mühasiblər Assosiyasıyasının (ACCA) həmkar üzvü olub.

2010-cu ildə Azərbaycana qayıdaraq "PAŞA Holdinq" şirkətlərində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən son təyinata qədər "PAŞA Sığorta" şirkətində İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

İş fəaliyyəti dövründə “London Business School”, “Harvard Business School”, “İE Business School” kimi dünyanın ən nüfuzlu biznes məktəblərində müxtəlif peşəkar təlimlərdə iştirak edərək uğur əldə edib.

Evlidir və iki övladı var.

 

Şərhlər