Vergilər Nazirliyinin departamenti məhkəməyə verilib

28.10.2015 01:40     Sosreaksiya     1618

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, birlik borcun ümidsiz borc kimi silinməsi barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib.

Qərarla razılaşmayan VN-in departamenti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Şərhlər