Bakıda aşan avtomobil yandı

28.10.2015 10:30     Sosreaksiya     1607

Bu gün Bakıda avtomobil yanıb.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Hadisə zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım xidmətinə təhvil verib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Şərhlər