Suya ən çox davamlı iPhone modeli hansıdır? - VİDEO

28.10.2015 11:00     Sosreaksiya     2412

Smartfon və mobil telefon istehsalçıları telefonların suya və toza davamlı olaraq istehsal etməyə başlayıblar. Lakin hələ də Apple şirkəti hazırda iPhone modelləri üçün suya və toza davamlı sertifikat təqdim etmir.

Reaskiya.az xəbər verir ki, Apple iPhone modellərində sertifikat təqdim etməsə də, “Youtube” sosial şəbəkəsində hansı iPhone modelinin suya davamlı olduğunu müəyyənləşdirmək üçün test videosu hazırlanıb.

Testin nəticəsində məlum olub ki, iPhonun son modellərindən “6s” və “6” suya qarşı davamlıdır.

Ən uzun müddət suyun içində qalan isə 2009-ci ildə tanıdılan “Apple”ın köhnə modeli “iPhone 3G” olub.

Şərhlər