Yevlaxda iki avtomobil toqquşdu - 1 ölü, 3 yaralı

28.10.2015 12:04     Sosreaksiya     2043

Azərbaycanın Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 yaşlı oğlan ölüb, 3 nəfər ağır xəsarət alıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində Zinharov Şaiq Türen oğlunun idarə etdiyi 90-DO-361 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn, Rəhman Yaqub oğlu Əliyevin idarə etdiyi 90-DA-851 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə toqquşub.

Nəticədə “VAZ 2106”-dakı sərnişin, 2012-ci il təvəllüdlü Yusifzadə Hüseyn Teymur oğlu ölüb. Avtomobildəki digər sərnişinlər - 2002-ci il təvəllüdlü Yusifzadə Sabir Teymur oğlu, 1950-ci il təvəllüdlü Əliyev Rəhman Yaqub oğlu və 1950-ci il təvəllüdlü Fəridə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır. 

Şərhlər