Rusiyalı jurnalistlər BAXCP sədri ilə görüşdü

28.10.2015 13:10     Sosreaksiya     2015

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mərkəzi qərargahında Rusiyanın nüfuzlu kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlərlə görüşüb.

Reaksiya.az xəbər verir ki, BAXCP sədri görüşdə partiyanın fəaliyyəti, seçki prosesində iştirakı, seçki platformasının əsas istiqamətləri barədə Rusiya mediasının təmsilçilərinə ətraflı məlumat verib, onların ən müxtəlif məsələlərlə bağlı suallarını cavablandırıb.  

Şərhlər