Bayraq Meydanının sabiq rəisinin həbs müddəti uzadıldı

28.10.2015 13:34     Sosreaksiya     1846

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki,  Səbail Rayon Məhkəməsinin qərarı ilə R. Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

Qeyd edək ki, R. Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

Şərhlər