Rusiya Dövlət Duması Azərbaycana 7 müşahidəçi göndərir
28.10.2015 16:00 Sosreaksiya 1787
Noyabrın 1-də keçiriləcək parlament seçkilərini Rusiya Dövlət Dumasının üzvləri də müşahidə edəcək.
Reaksiya.az Secki-2015.az saytına istinadən xəbər verir ki, nümayəndə heyətinə Liberal Demokrat Partiyasının təmsilçisi, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski rəhbərlik edəcək.
7 nəfərdən ibarət nümayəndə heyətinin səfəri oktyabrın 30-dan noyabrın 2-dək davam edəcək.
Şərhlər