Demirel Güniz küçəsindən güllərlə yola salınıb

19.06.2015 11:15     Sosreaksiya     2781

Türkiyənin 9 - cu prezidenti Dəmirəlin cənazəsi xəstəxanadan çıxarılaraq ilk cənazə mərasimi üçün Güniz Küçəsindəki evinin qarşısına gətirilib. İkinci mərasim isə xarici nümayəndələrin də iştirakı ilə TBMM- də təşkil ediləcək.

Türkiyənin çərşənbə günü vəfat edən 9 – cu prezidenti Süleyman Dəmirəl sabah son mənzilə uğurlanmadan əvvəl ailə yaxınları, köhnə iş yoldaşları və sevənləriylə görüşüb. Dəmirəlin cənazəsi saat 08.45 – də xəstəxanadan evinin yerləşdiyi Güniz küçəsinə gətirilib. Küçəyə Dəmirəlin məmləkəti Ispartanın simvolu olan gül suyu səpilib, əsgərlərin çiyinində aparılan cəsədin üstünə də gül yarpaqları atılıb.

 

Sizdən çox şey öyrəndim

 

Mərasim 1 dəqiqəlik sükutla başlayıb. İlk olaraq çıxış edən həkimi Aylin Cəsur sözlərinə belə başlayıb: “Sizdən çox şey öyrəndim. İnsanın öz atası qədər bir nəfəri sevə biləcəyini öyrəndim. Əlvida deyərkən ən dərin minnətdarlığımı bildirirəm. Həyatım boyunca sizdən öyrəndiklərimi yaşatmağa çalışacağam. Bir tək şey öyrənmədik. Bunu necə edə biləcəyəm, bilmirəm”.

Dəmirəlin cəsədi Türkiyə Böyük Millət Məclisində (TBMM) 09.00 başlayacaq mərasimdən sonra top arabasına qoyularaq vətəndaşların da iştirakı ilə Kocatepe Məscidinə aparılacaq. Burada cümə namazından sonra cənazə namazı qılınacaq. Ankaradakı cənazə mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə yanaşı 9 ölkənin dövlət rəsmiləri də iştirak edəcək. Dəmirəlin cəsədi daha sonra məmləkəti İspartaya aparılacaq və sabah burada dəfn olunacaq.

Şərhlər

Çox oxunanlar