"Təmas xəttində vəziyyət çox dəhşətlidir"
29.10.2015 00:47 Sosreaksiya 1509
“Hәmsәdrlәrin iştirakı ilә monitorinq keçirilәrkәn indidentlәrin baş vermәsi qәbuledilmәzdir”
Reaksiya.az-ın xəbərinə görə, bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, atәşkәs rejiminә hörmәt olunmalıdır: “Biz münaqişәnin sülh yolu ilә uzunmüddәtli hәllini tapmalıyıq. Mәn hәmsәdr həmkarlarımla tәhlükәsiz yerdә idim. Lakin ATӘT-in iki әmәkdaşı tәhlükәli yerdә idilәr vә gizlәnmәyә yer axtarırdılar. Sevinirәm ki, onlar xәsarәt almayıb. Bu kimi insidentlәr qәbuledilmәzdir. Biz bu hadisә barədə ATӘT ekspertlәri ilә müzakirә aparanda onlar dedilәr ki, atәşin hansı tәrәfdәn açıldığını müәyyәnlәşdirmәk mümkün deyil. Onlar bu işin mütәxәssislәridir. Lakin atәş açılanda onun haradan gәldiyini müәyyәnlәşdirmәk çәtindir. Bir daha qeyd edirәm ki, hәmsәdrlәrin iştirakı ilә monitorinq keçirilәrkәn belә indidentlәrin baş vermәsi qәbuledilmәzdir”.
Şərhlər