Biləsuvar sakini intihara cəhd edib

29.10.2015 00:56     Sosreaksiya     1665

Biləsuvarda intihara cəhd hadisəsi baş verib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Biləsuvar şəhər sakini, 24 yaşlı Ramilə Hüsü qızı Rüstəmova sirkə turşusu içərək özünü öldürməyə cəhd edib. Hadisə barədə  xəbər tutan Ramilənin yaxınları onu dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Burada ona lazımi tibbi yardım göstərildikdən sonra hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Ramilə Rüstəmovanın intihara cəhd etməsinin səbəbləri barədə hələlik hər hansı bir məlumat verilmir.

Faktla bağlı  rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.

 

Şərhlər