16 yaşlı oğlan itkin düşüb - Astarada

29.10.2015 01:25     Sosreaksiya     1802

Astarada 16 yaşlı oğlan itkin düşüb.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 26-da səhər saat 10.00 radələrində rayonun Rinə kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Şahid Kərəm oğlu Əzizov qoz yığmaq məqsədilə meşəyə gedib və bir daha geri qayıtmayıb.

Şahid Əzizov 10-cu sinif şagirdidir. Onun 3 bacısı var. Atası Kərəm Əzizovun sözlərinə görə, Şahid evdən çıxan zaman hava dumanlı olub. Həyata keçirilən axtarışlar isə hələlik heç bir nəticə verməyib.

Faktla bağlı rayonun hüquq mühafizə orqanları da məlumatlandırılıb. Şahid Əzizovun axtarışları davam edir.

Şərhlər