6 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

29.10.2015 01:32     Sosreaksiya     1867

İstanbulda 6 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

Reaksiya.az-ın “Milliyet”-ə istinadən məlumatına görə, son 3 gün ərzində xeyli insan huşunu itirmə, şiddətli qarın ağrısı, qusma kimi əlamətlərlə xəstəxanalara çatdırılıb.

Xəstəxanalara ağır vəziyyətdə gətirilən şəxslərdən 6- nın öldüyü bildirilir .Saxta spirtli içkilərin istehsalı ilə əlaqədar 7 nəfər saxlanılıb.  Həkimlər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

Şərhlər