Argentinada təyyarə qəzaya uğrayıb - Ölənlər var

29.10.2015 01:45     Sosreaksiya     1794

Argentinanın Santa-Krus əyalətində milli jandarmeriyaya məxsus təyyarə qəzaya uğrayıb.

Reaksiya.az-ın verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsindəki  2 ekipaj üzvü ölüb.

Hadisənin baş verdiyi ərazidə daha  2 nəfərin xəsarət aldığı bildirilir. Təyyarə yerə düşəndən sonra alışıb yanıb. Alov yaxınlıqdakı ev və avtomobillərə keçib.

Polis hadisə yerini əhatəyə alıb. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

Şərhlər

Çox oxunanlar