Avstraliya Parlamentinin üzvləri Baş Prokurorluqda olublar

29.10.2015 02:54     Sosreaksiya     1393

Bu gün baş prokurorun birinci müavini Rüstəm Usubov Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Lyuk Simpkinsin rəhbərlik etdiyi Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, R.Usubov qonaqlara ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər, parlament seçkiləri ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Görüşdə vətəndaşların seçki hüququnun etibarlı təmin edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Şərhlər