Ermənilər Tərtəri yandırmağa davam edir - TƏXRİBAT

19.06.2015 11:21     Sosreaksiya     1903

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında yanğınlar törətməkdə davam edir. 

Reaksiya.Az-ın verdiyi məlumata görə, erməni silahlı qüvvələri Tərtər rayonunun işğal altında olan Qızıloba kəndinin ərazilərinə od vurublar.Yanğın güclü olduğu üçün alov qısa müddət ərzində böyük ərazini əhatə edib.

Güclü yanğın genişlənərək Tərtərin Qarağacı, Qapanlı, Qaradağlı kəndlərinə doğru yaxınlaşıb. Hadisə yerinə Tərtər yanğınsöndürmə briqadası çağırılıb. Ərazidə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi,o cümlədən kənd sakinləri növbəli şəkildə keşik çəkirləri ki, alov taxıl zəmilərinjə yaxınlaşmasın. Hazırda ərazidə yanğın davam edir.

Şərhlər