9 nəfər saxta içkidən öldü - İstanbulda
29.10.2015 10:03 Sosreaksiya 2036
Türkiyənin İstanbul şəhərində saxta spirtli içki içən 9 nəfər ölüb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, son 3 gündə onlarla şəxs qarın ağrısı, qusma və görmək qabiliyyətinin itirilməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərin spirtli içkidən zəhərləndikləri müəyyənləşib. Onlar Türkiyənin yerli alkoqollu içkisi olan rakı qəbul etdiklərini deyiblər.
Vəziyyəti ağır olan 9 nəfərin həyatını xilas etmək mümkün olmayıb, daha bir neçə nəfərin vəziyyətinin ağır olduğu açıqlanıb. Həkimlər ölü sayının artacağını bildiriblər.
Saxta içkini istehsal etməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.
Şərhlər