Qazaxıstanda çoxuşaqlı ailə sayı artır
29.10.2015 10:37 Sosreaksiya 1804
Qazaxıstanda çox uşaqlı ailələrin sayı son bir ildə 2006-cı ilə görə 20% artıb. Qazaxıstan Sağlamlıq və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər Departamentinin müdiri Ecer Tulegalieva ölkəsində çoxuşaqlı ailələrin sayının artmaqda olduğunu söyləyib.
Reaksiya.az xəbər verir ki, xanım Tulegalieva mətbuata verdiyi açıqlamada çoxuşaqlı ailələrin sayının 2006-cı ilə görə 20% artdığını qeyd edib.
Tulegalieva açıqlamasında bildirib ki, çoxuşaqlı qadınlara Qızıl Aypara və Gümüş Aypara kimi mükafatların sayında iki qat artım var" - deyib.
Qazaxıstanda 2010-ci ildən etibarən doğum nisbəti 9,5% nisbətində artıb. Ötən il ölkədə təxminən 401 min körpənin doğulduğunu bildirən Tulegalieva son illərdə ana və körpə ölümlərinin sayında da ciddi mənada azalma olduğunu açıqlayıb.
Şərhlər