Fuad Muradov Xətai seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR
29.10.2015 11:23 Sosreaksiya 1950
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün rayonun Rahib Məmmədov və Xudu Məmmədov küçələrində 10 binanın sakinləri ilə görüşlər keçirilib.
Reaksiya.az xəbər verir ki, sakinlərlə səmimi söhbət şəraitində keçən görüşdə onları narahat edən məsələlərlə bağlı namizəd məlumatlandırılıb. Qeyd edilib ki, seçkilərdə iştirak edərək Fuad Muradovun namizədliyi dəstəklənəcəkdir.
F. Muradov sakinlərə səmimi görüşə görə təşəkkürünü bildirib. “Artıq seçkilərə bir neçə gün qalıb. Biz demək olar ki, bütün dairə ərazisində olmuşuq. Məqsədimiz seçicilərlə bir yerdə olmaq, onlarla elə öz məhəllələrində görüşərək problemlərini özlərindən eşitməkdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti qarşısına qoyduğu bütün məsələlərin öhtəsindən gəlməyə qadirdir. Düşünürəm ki, sizi də narahat edən problemlər öz həllini tapacaqdır.”
Sakinlər Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinin əsas məsələ olduğunu vurğulayıblar.
Sonda seçicilər 1 noyabrda yüksək aktivlik nümayiş etdirərək seçki məntəqələrinə gedəcəklərini və layiqli namizəd Fuad Muradova səs verəcəklərini bildiriblər.
Şərhlər