Oğlan sevdiyi qızı küçədə öldürdü - Bakıda

29.10.2015 14:41     Sosreaksiya     2276

Bakıda sevdiyi qızı küçədə qətlə yetirən oğlan tutulub.

Reaksiya.az APA-ya istnadən xəbər verir ki, bu gün səhər saatlarında metronun Qara Qarayev stansiyası yaxınlığında 22 yaşlı İlahə Həsən qızı Yusubovanı bıçaqlayaraq qətlə yetirən şəxsin Salyan rayonunda anadan olan, hazırda Sabunçu rayonu Ləhiş bağlarında yaşayan Babək Əliyev olması müəyyən edilib.

B. Əliyev könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək təslim olub.

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən İ. Yusubova Maştağa qəsəbə sakinidir.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

 

Şərhlər