Azərbaycanda uşaqlara bu adları qoymaq qadağan olundu

29.10.2015 15:05     Sosreaksiya     2501

“Son 1 ayda “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan, gülüş doğuran adlarla bağlı bizə 20-ə yaxın müraciət daxil olub”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə “İngilis”, “Frunze”, “Nyuton”, “Qaliley” adları qoymaq istədikləri məlum olub: “Tərəfimizdən bu adlara qəti qadağa qoyuldu.”

S. Sadıqova əlavə edib ki, son vaxtlar dilimizə yad olan, əsasən alınma olan 200-ə yaxın ad ləğv olunub.

Sədr müavini qeyd edib ki, adlarla bağlı ayrıca lüğətin hazırlanmasına ehtiyac var: “Adlar lüğətinin olması çox yaxşı olardı, qeydiyyat şöbələrinin də işi asanlaşardı”.

 

Şərhlər