Ruslar xaricdə yeni il keçirməyəcəklər - Daxili turizm bazarı canlanacaq
29.10.2015 15:36 Sosreaksiya 3002
Rusların yeni il üçün xaricdə etdirdikləri səyahət brounlardakı sərt düşüş iki il əvvəlki dövrə görə 80% civarındadır. Reaksiya.az Rusiya dövlət turizm agentliyindən (Rosturizm) əldə etdiyi məlumata görə yeni ildə daxildəki tələbat dəyişməyib və Sankt Peterburq, Soçi, Moskva, Kazan yeni il üçün ən uyğun yerlər kimi qeyd olunub.
Rusiya Turizm Agentlikləri Birliyinin direktoru Maya Lomidze də yeni il reyslərinin iki il əvvəl 150 min olduğunu, bu il isə 30 minə yaxın olduğunu açıqlayıb. Bu rəqəm keçən il isə 50 min ədəd idi. Rezervasiyalarda xaricdəki ən məşhur yerlər isə Misir, Tailand və Birləşmiş Ərəb Əmirlikləridir. Lomidze turizm sektorunda böyük çətinliklərin olduğunu, bazara təzyiq edən bir çox amillərin mövcud olduğunu söyləyib.
Turizm sektoru rəsmiləri rusların xaricdəki ən yaxşı qiymətləri görmək üçün "gözü ilə görmək" fikrini müdafiə etdiklərini bildirirlər. Alplardakı xizək mərkəzlərində bir həftəlik tətilin bu il digər yerlərə nisbətdə 50% - ə kimi düşdüyü müşahidə olunur.
Bu il ərzində daxili turizmin isə 15% civarında artdığı bildirilir.
Şərhlər