Həkim – nevroloq: KİV – lər məhz aqressiyanı təbliğ edir - SOS

19.06.2015 12:01     Sosreaksiya     2709

Bunu Reaksiya.az – a açıqlamasında həkim – nevroloq Qalib Əsədov bildirib. O, qeyd edib ki, KİV - lər məhz aqressiyanı təbliq edirlər: “İndi yeniyetmənin idealı Polad Ələmdardır, Mematidir ki, hər hansı problemi ancaq güclə, zorakılıqla həll etməyə çalışırlar. Eyni zamanda valideynlər tərbiyədə ciddi səhvlər buraxırlar. Uşağa acıqlanmaq olmaz. Hətta müəllim belə tənbeh edə bilməz. Hamı nazı ilə oynayır uşağının. Bu da gələcəkdə həmin uşağın əsəblərində ciddi pozğunluqlara gətirib çıxarır. Savadsızlıqla aqressiya ekiz qardaşdırlar.

Təhsilli adam heç vaxt aqressiv ola bilmez. Müdrik, dünyagörüşü zəngin olan, kitab oxuyan insan aqressiv ola bilməz. Məhz savadsızlıq, təhsilimizdə olan problemlər düşüncənin məhdudlaşmasına, insanın təkcə hissləri ilə hərəkət etməsinə gətirib çıxarır.

Əslində hamı əsəbiləşir. Hamıda hisslər var. Sadece ağıllı insan öz hisslərini cilovlamağı bacarır. Ağlı hisslərinin üzərində haklim olur. Təəssüf ki, cəmiyyətdə getdikcə belə adamların xüsusən də gənclərin sayı azalır. Bu aqressiyanın qarşısını almaq üçün düzgün tərbiyə, savad, təhsil lazımdır. Oxuyan uşaqlara hər cür yardım edilməli, onlari həvəsləndirməliyik. Əgər bu gün idman, xüsusən də döyüşdə tətbiq olunan idman növləri elmdən daha çox təbliğ olunursa, alimlərin televiziyada çıxışları yoxdursa, gənc istedadlı tələbələrin təbliğatı getmirsə, gənclər arasında ancaq şou biznes nümayəndələri ulduz kimi parlayırsa, savadsızlıq baş alıb gedirsə, təbii ki, cinayətkarlıq da artacaq, aqressiya da. Xüsusən də dinin radikal qanadının vüsət alması xüsusilə təhlükəlidir”.

Şərhlər

Çox oxunanlar