Milli Ordu sərt hava şəraitinə tam hazırdır - Hərbi ekspert

29.10.2015 18:29     Sosreaksiya     1977

Hər il qış aylarının və sərt hava şəraitinin yaxınlaşdığı vaxtda Azərbaycan Ordusunda qış mövsümü üçün hazırlıqlar həyata keçirilir.

Haızrda hazırlığın hansı səviyyədə olduğunu öyrənmək üçün Reaksiya.az hərbi ekspert  Üzeyir Cəfərovla əlaqə saxlayıb.

O, hazırlığın necə həyata keçirildiyi haqda məlumat verib:

“Hərbidə və güc sturukturlarında bir qayda olaraq qışın işi yayda, yayın işi də qışda görülür. Payızda artıq bəzi bölgələrdə havalar kəskin dəyişib və əsgərlər çətin reylef şəraitində xidmət göstərir. Murovdağ, Gədəbəy, o cümlədən, Naxçıvandakı hərbi hissələr lazım olan bütün avadanlıqlarla təmin olunub. Əsgərlərə qış formaları verilib, ərzaq və dərman təchizatı ən yüksək səviyyədə təmin olunub. Noyabrın 15-dən  stasionar şəraitdə olan hərbi hissələri də qış geyimi təmin olunacaq. Artıq qar, şaxta olan bölgələrdə komandirlər lazım olan odun, yanacaq tədarükünü görüblər. Ümumilikdə, bu gün Azərbaycan əsgərinin ayağı isti, geyimi qalın, ərzağı da yüksək kalorili yeməklərdir. Artıq menyuya milli yeməklərdən dolma, sous, plov da daxil edilib”.

Hərbi ekspert əvvəlki illərlə müqayisədə hərbi sahədəki problemlərin kifayət qədər aradan qaldırıldığını bildirib: “Son vaxtlar əsgərlərin xəstələnməsi ilə bağlı, hansısa məişət şəraiti ilə bağlı əvvəlki illərdə rast gəldiyimiz nöqsanlardan əsər əlamət qalmayıb. Hələ çox işlər görülməlidir amma hələ qış ayları gəlmədiyi üçün yenə müəyyən işləri görmək olar. İş olan yerdə nöqsanlar da var, çatışmazlıqlar da var”.

Ü. Cəfərova ötən illərdə qar uçqunlarının yaratdığı problemlər haqda da sual ünvanladıq.

O, qar uçqanlarına qarşı qabaqlayıcı tədbirlərin görüldüyünü qeyd edib: “Sabiq müdafiə naziri Səfər Əbiyevin vaxtında belə hallar olub, amma hazırda qar uçqunlarının qarşısının alınması üçün  bütün avadanlıqlar var, müxtəlif işlər görülüb. O təhlükə artıq arxada qalıb, ona görə də elə bir narahatlıq yoxdur”.

Hərbi ekspert mütəmadi olaraq hərbi hissələrə gedib şəxsən vəziyyətlə tanış olduğunu da söyləyib:

“Ötən həftə Şəmkir Hərbi Birləşməsində olmuşam, hətta hərbi hissənin komandanlığı ilə də görüşmüşəm. İcazə ilə Azərbaycan-Gürcüstan sərhəddindəki hərbi hissələrdə də olmuşam. Hər hansı problem yoxdur”.

Ü. Cəfərov qış aylarında ön cəbhədə vəziyyətin sabit və ya gərgin olacağına da aydınlıq gətirib: “Əsgərlər əmri yerinə yetirirlər, Ermənistanın havadarları onlara hansısa göstəriş verməsə gərginlik olmayacaq. Hələlik elə bir göstəriş, mühüm hadisə yoxdur. Sonuncu mühüm tədbir BMT-nin Təhlükəsizlik Şurasındakı keçirilən yığıncaq olub. Serj Sarkisyan sentyabrın 25-də BMT-nin tribunasında çıxışı zamanı guya Dağlıq Qarabağla bağlı narahat olduqlarını dilə gətirib, beynəlxalq qurumları Azərbaycana təzyiq göstərməyə çağırıb. Həmin o tribunada oturan və gözlərini qıyan BMT-nin baş katibi Pan Gi Mun o cinayətkarın sözünü kəsnmədi, BMT-nin Azərbaycan torpaqları qeyri-şərtsiz olaraq erməni silahlı birləşmələri tərəfindən boşaldılması ilə  4 qətnaməsini xatırlatmadı. ATƏT-in Minsk Qrupunun həmsərdləri də susdu. Hansı ki, bu gün regiona gələrək əhəmiyyətisz bəyanatlar verirlər. Keçən dəfə snayperlərin geri çəkilməsini istəyirdilər, indi də deyirlər ki, silahlar geri çəkilsin. Bəlkə onlar orda pionina, sintizator yerləşdirmək istəyirlər. Ermənistan idarə olunan bir dövlətdir. Ermənistana nə vaxt göstəriş gəlir Moskvadan və ya digər dairələrdən onlar vəziyyəti gərginləşdirirlər”.

Həmçinin, hərbi ekspert qeyd edib ki, 2015-ci ildə Azərbaycan əsgərləri Ermənistan Silahlı Qüvvələrinin 50-dən artıq  hərbi qulluqçusunu məhv edib. 

Şərhlər