Bahar Muradova əsgərlərlə görüşdü - FOTOLAR

29.10.2015 23:52     Sosreaksiya     2128

Bu gün Yeni Azərbaycan Partiyasının 84 saylı Füzuli seçki dairəsindən namizədi, Milli Məclisin sədr müavini, YAP İdarə Heyəti üzvü  Bahar Muradova Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirmişdir. Dövlət himni ilə başlayan görüşdə ilk olaraq Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev çıxış edərək ölkəmizdə noyabrın 1-i keçiriləcək parlament seçkiləri, həmçinin bu seçkilərdə 84 saylı Füzuli seçki dairəsindən namizəd Bahar Muradova haqqında ətraflı məlumat vermişdir. Daha sonra Bahar Muradova çıxış edərək ölkəmizdəki ordu quruculuğu, inkişaf edən hərb sənayemiz haqqında fikirlərini əsgərlərlə bölüşüb. Xanım namizəd daha sonra seçki platforması haqqında məlumat vermiş, növbəti dəfə deputat seçiləcəyi təqdirdə dövlətimizin, ordumuzun inkişafı üçün ən yaxşı şəkildə fəaliyyət göstərəcəyini deyib. Sonda xatirə şəkli çəkdirilib.

Reaksiya.az həmin fotoları təqdim edir:

Şərhlər