Bakıda “Baron Aydın” ləqəbli narkotik alverçisi həbs edilib

19.06.2015 12:00     Sosreaksiya     1844

 Bakıda tutulan narkobaronla bağlı maraqlı faktlar açıqlanıb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, polisə daxil olan əməliyyat məlumatı əsasında “Baron Aydın” ləqəbli Aydın Bağırovun tutulması üçün tədbir keçirilib. Şübhəli şəxslərin yeri müəyyən edilib və əraziyə əməliyyat qrupu çıxıb. Əməliyyat qrupunu görən şübhəli şəxslər bir-birinə xəsarət yetiriblər. Onlardan ikisi  - Aydın Bağırov və onun oğlu Taleh saxlanılıb. Dəstənin digər üzvü Ənvər Məmmədov isə qaçıb.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış təbirləri davam etdirilir.

Şərhlər

Çox oxunanlar