Zakir Qaralov bu prokurorları işdən çıxardı - ADLAR

30.10.2015 11:45     Sosreaksiya     2489

Abşeron rayonuna yeni prokuror təyin olunub.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı Rayon Prokuroru Rahib Seyidov tutduğu vəzifədən azad edilərək Abşeron Rayonuna prokuror təyin olunub.

Yeni təyinatla bağlı məlumatı Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  xəbəri təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayonu Prokuroru işləmiş Qənimət Səfərov qulluqda olmanın yaş həddinə görə təqaüdə göndərilmişdi.

Şərhlər