Şəhid ailələri, müharibə əlilləri və qaziləri Qənirə Paşayevanı dəstəklədi - FOTOLAR

30.10.2015 12:15     Sosreaksiya     1907

Qənirə Paşayeva  105 saylı seçki dairəsinə daxil olan kəndlərdən şəhid ailələri və müharibə əlilləri, müharibə veteranları ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

Reaksiya.az xəbər verir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan insanlarımızın ailələri, müharibə əlillərimiz və qazilərimiz bizim üçün çox dəyərlidir deyən Qənirə Paşayeva cənab Prezidentin rəhbərliyi altında onlara göstərilən qayğı və diqqətdən danışmaqla bərabər, özü də  bir millət vəkili olaraq hər zaman onlara diqqətlə və hassaslıqla yanaşdığını deyib. Görüş zamanı şəhid ailələri, müharibə əlillləri və qaziləri Qənirə Paşayevanın hər zaman Milli Məclisdə şəhid ailələri, müharibə əlil və veteranlarını  narahat edən məsələləri mütəmadi qaldırması, müvafiq qurumlarla müzakirə aparmasını unutmadıqlarını deyərək bildiriblər ki, Qənirə Paşayeva bu 10 il ərzində onların bir ailə üzvü kimi hər zaman yanlarında olub və əlindən gələn dəstəyi əsirgəməyib. 

Bizim millət vəkilimiz sizsiniz və hər zaman yanınızdayııq deyən şəhid ailələri, müharibə əlil və veteranları Qənirə Paşayeva ilə onları üçün çox vacib olan br sıra məsələləri də müzakirə edərək onları Milli Məclisdə qaldırmasını və Hökumət qurumlarının təkrar diqqətinə çatdırmasını xahiş ediblər. Millət vəkili özəlliklə 1-ci qrup əlillərə baxan şəxslərə  sosial müavinətlərin verilməsi və Qarabağ müharibəsi əlil və veteranlarının tibbi sığırtası məsələsini bir neçə dəfə Milli Məclisdə qaldırdığını deyərək bundan sonra da hər zaman bu kimi məsələləri və ailələrin təkliflərini diqqətdə saxlayacağını bildirib.  

Şəhid ailələri, müharibə əlilləri və qaziləri Ali Baş Komandanın yanında olduqlarını və hər zaman onun ətrafında sıx birləşdiklərini deyərək Qənirə Paşayevaya uğurlar diləyiblər. Görüş zamanı Qarabağ münaqişəsi ətrafında indiki vəziyyətlə bağlı da söhbət olub və Qənirə Paşayeva sakinlərin suallarını da cavablandırıb. O, həmçinin 3  kəndin sakinlərini  də qəbul edib, qayğı və problemlərini dinləyib və müvafiq qurumlarla müzakirə aparıb. Özəlliklə gənc sakinlər millət vəkilindən onlara iş tapılmasında köməklik göstərilməsini xahiş ediblər. Ali və peşə təhsili olan bir sıra gənclərlə bağlı bəzi qurumlara müraciət edən Qənirə Paşayeva heç bir peşə sahibi olmayan gənclərin müəyyən sənətləri öyrənməsinin vacibliyi ilə söhbət edib və onlara məsləhət və tövsiyyələrini də verib.

Namizəd ilə görüş zamanı ona müraciət edənlər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkən və əməliyyata ehtiyacı olan xəstələr üstünlük təşkil edib. Qənirə Paşayeva həmin xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Qənirə Paşayeva ona müraciət edən fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial  Müdafiəsi  Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz  həllini tapması üçün müzakirələr aparıb.

Şərhlər