Artileriya anbarı partladıldı - ölən və yaralananlar var

30.10.2015 12:21     Sosreaksiya     2014

Ukraynanın Luqansk vilayətinin Svatovo qəsəbəsində yerləşən artilleriya anbarında dəhşətli partlayış baş verib.

Reaksiya.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oksana Qavrilyuk bu hadisənin terror aktı kimi qiymətləndirildiyini bildirib.

O, hadisə nəticəsində 1 mülki şəxsin öldüyünü, 1 mülki şəxsin və 4 hərbçinin yaralandığını qeyd edib.

“Partlayışların intensivliyi azalıb, lakin bəzi sursatlar partlamağa davam edirlər", - deyə Qavrilyuk əlavə edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Beş minə yaxın sakin Svatovodan evakuasiya olunub.

Şərhlər