Lənkəranda güclü yağış - 150 ailə təxliyə edildi

30.10.2015 15:47     Sosreaksiya     2425

Hazırda Lənkəranda yağışlar davam edir. Yağıntının fəsadlarının qarşısını almaq üçün rayon fövqəladə hallar komissiyası ərazidə iş aparır, tədbirlər həyata keçirilir.

Reaksiya.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, yağış yağan ərazilərdən əhalinin təxliyəsi davam edir.Əhali, əsasən, İstisu qəsəbəsi, Girdəni kəndi, Vilvan kəndi və Samurlu ərazisindən köçürülür. İndiyə qədər 150-yə yaxın ailə köçürülüb.

İcra Hakimiyyətindən bildirilib ki, yağıntılar nəticəsində Vilvan kəndində olan körpünün bir hissəsi dağlıb. Vəziyyət hələ ki gərgindir. Yağış davam edir. 

Şərhlər