Atasının məzarı üstündə özünü güllələdi

30.10.2015 16:09     Sosreaksiya     2049

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Güvəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdü İsmayılov Mirələm Davud oğlu kənd qəbiristanlığına gedərək əvvəlcə atasının məzarını ziyarət edib, sonra isə məzar başında ov tüfəngi ilə atəş açaraq özünü öldürüb. İki uşaq atası Mirələm İsmayılovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil. İlkin ehtimala görə, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mirələm İsmayılov ayrı-ayrı adamlara pul borcu olduğuna görə özünə qəsd edib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər