FHN cənub bölgəsində yaranan problemlərlə bağlı məlumat yaydı
30.10.2015 17:41 Sosreaksiya 1878
Fövqəladə Hallar Nazirliyi (FHN) cənub bölgəsində əlverişsiz hava şəraiti ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına dair məlumat yayıb.
Reaksiya.az nazirliyin saytına istinadən xəbər verir ki, FHN-in Cənub Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi çökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb.
Hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir. Əlavə məlumat veriləcək.
Şərhlər