Azərbaycanda mina partladı - 3 hərbçimiz yaralanıb
30.10.2015 20:06 Sosreaksiya 2121
Mina partlaması nəticəsində üç hərbi qulluqçumuz xəsarət alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb.
İlkin ehtimala görə partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələrlə bağlı yalnız rəsmi məlumatlardan istifadə edilməsini kütləvi informasiya vasitələri nümayəndələrinə növbəti dəfə tövsiyə edir.
Şərhlər