Bahar Muradova təbliğat-təşviqat kampaniyasını başa vurdu - FOTOLAR

30.10.2015 23:16     Sosreaksiya     2961

30 oktyabrda 84 saylı Füzuli Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradovanın təbliğat-təşviqat kampaniyası Horadiz qəsəbəsində yerləşən Muğam Mərkəzində keçirilən möhtəşəm konsertlə başa çatıb.  

Reaksiya.az xəbər verir ki,seçicilər qarşısında çıxış edən Bahar Muradova parlament seçkilərində YAP-ın namizədi olduğundan və Milli Məclisdə məhz bu bölgəni təmsil etməsindən qürur duyduğunu bildirib. O, deyib ki, yalnız Heydər Əliyev dühasından doğan ideologiya Azərbaycanın xoşbəxtliyinin təminatı ola bilər və bu siyasətin alternativi mövcud deyil.

Azərbaycan dinamik inkişaf yolundadır, onun demokratik, güclü sütunları mövcuddur. Ona görə də bizi yeni, daha yüksək hədəflərə çatdıracağına heç bir şübhə yoxdur.   

Şərhlər