FHN yağışın vurduğu ziyanla bağlı məlumat yaydı

31.10.2015 00:10     Sosreaksiya     1742

Oktyabrın 29-dan Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub.

Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb.

Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülkü Müdafiə Qoşunları və Rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar  təhlükəsiz əraziyə köçürülüb. Təxirəsalınmaz işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

 
 
 

 

Şərhlər