Macarıstanın Milli Günü münasibətilə tədbir keçirilib
31.10.2015 00:19 Sosreaksiya 1615
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol xidmətinin rəhbəri Pərvin Mirzəzadə, Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Jolt Çutora, Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski, xarici ölkələrin Azərbaycana akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Azərbaycan və Macarıstan xalqlarının tarixən yaxın, dost münasibətləri olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanır. Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin noyabrında Budapeştə səfər etdiyini deyən İ. Laslotski səfərin ikitərəfli münasibətlərə daha da təkan verdiyini diqqətə çatdırıb. Həmçinin, 2015-ci ilin iyununda Macarıstan Milli Assambleyasının spikeri Laszlo Koverin Azərbaycana səfərinin də ikitərəfli münasibətlər baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Macarıstan şirkətlərinin Azərbaycanla uzunmüddətli layihələrdə iştirak etməyə hazır olduğunu deyən diplomat Macarıstanın da Azərbaycandan olan sərmayədarlar üçün yaxşı platforma olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Macarıstan Xarici İşlər Nazirliyi dövlət katibinin müavini Jolt Çutora Azərbaycandan olan dostlarını salamlayaraq iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. Xarici İşlər Nazirliyinin protokol xidmətinin rəhbəri Pərvin Mirzəzadə də, öz növbəsində, macar xalqını ölkənin Milli bayramı münasibətilə təbrik edib və Macarıstana bütün sahələrdə uğurlar arzulayıb.
Şərhlər