Qənirə Paşayevanın kampaniyasında son görüş - FOTOLAR
31.10.2015 00:49 Sosreaksiya 1834
Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasını qadınlarla görüşlə başa vurdu.
Axşam saatlarında qadınlarla görüşən Q.Paşayeva ölkəmizdə cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan qadın siyasəti barədə geniş danışaraq bildirib ki, qızlarımızın təhsili məsələsinə daha çox diqqət göstərməliyik: "Savadlı cəmiyyət savadlı anadan keçir. Təbliğat-təşviqat kampaniyasının sonunu yenə də qadınlarımızla görüşlə başa vurmaqdan çox məmnunam və hər zaman verdiyiniz dəstək üçün təşəkkür edirəm".
O bildirib ki, bu günə qədər olduğu kimi, bundan sonra da qadınların haqları, onların cəmiyyətdə rolunun genişləndirilməsi ilə işlər görəcəyik, erkən nikahlara, məişət zorakılığına qarşı mübarizəmiz davam edəcək.
Millət vəkili qadınların qayğı və problemlərini də dinləyib və təbliğat-təşviqat kampaniyasını onların xeyir-duası ilə başa çatdırıb.
Qadınlar Q.Paşayeva "seçkilərdə səsimiz sizindir" deyiblər.
Şərhlər