Bu prospektdə motosiklet sürmək olmaz - Bakıda

31.10.2015 03:19     Sosreaksiya     1560

Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektində motosikletlərin hərəkətinə qadağa qoyulub.

Reaksiya.az-ın avtosfer.az-a istinadən məlumatına görə, “Azneft” daiəsindən sağa – Bayıl istiqamətinə dönəndə, daha sonra isə köhnə “İnturist”in qarşısında motosikletin hərəkətini qadağan edən yol nişanları qoyulub.

Bundan əlavə, həmin yolun əks tərəfində – Əl Oyunları İdman Sarayının qarşısında da “Azneft” istiqamətinə motosikletlərin hərəkətini qadağan edən yol nişanı var.

Bu o deməkdir ki, Neftçilər prospektində motosikletlərin hərəkəti tam qadağan edilir. Bu nişanların tələbini pozan motosiklet sürücülərini 40 manat cərimə gözləyir.

Şərhlər