Rusiya yenə Xəzərdən raket buraxıb - VİDEO

31.10.2015 02:23     Sosreaksiya     1665

Rusiya oktyabrın 30-da Xəzər dənizindəki gəmilərdən qanadlı raketlər, Barents və Oxot dənizindəki 2 atom sualtı qayığından isə ballistik raketlər buraxıb.

Reaksiya.azxəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyinin yaydığı məlumatda bildirilir.

Rusiya həmçinin Tu-160 təyyarələri Şimali Komi və Kamçatkada qanadlı raketlər buraxıb.

Müdafiə nazirliyi bildirir ki, təlimlərdə məqsəd idarəetmə sisteminin yoxlanması olub.

Amma Xəzərdəki raketlərin bu dəfə dənizin məhz hansı hissəsindən və hansı hədəfə buraxıldığı açıqlanmır.

Şərhlər