Yük qatarı avtomobili vurub, 4 nəfər xəsarət alıb - Bakıda

31.10.2015 04:39     Sosreaksiya     1803

Bakıda yük qatarı minik maşınını vurub, 4 nəfər xəsarət alıb.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Lökbatan qəsəbəsi ərazisində baş verib.

Xəbərdaqlığa məhəl qoymayan KİA markalı avtomobilin sürücüsü dəmiryolu keçidinə daxil olub. Bu zaman oradan keçən yük qatarı avtomobili vurub. Hadisə nəticəsində üç bacı - 1973-cü il təvəllüdlü Əliyeva Xatirə Əhyəli qızı, 1977-ci il təvülldülü Əliyeva Alidə Əhyəli qızı, 1969-cu il təvəllüdlü Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alıblar. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, minik avtomobilini bacılardan biri idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər