Bakı Şəhər Halqasının loqosu təqdim olunub
31.10.2015 03:40 Sosreaksiya 1626
Ölkəmizdə ilk dəfə keçiriləcək “Formula 1” yarışının Avropa Qran Prisinin Bakı Şəhər Halqası (Baku City Circuit) ictimaiyyətə təqdim olunub.
Reaksiya.az-ın məlumatına görə, loqotip 4 elementdən ibarətdir.
Elementlərdən birincisi Bakı Şəhər Halqasının təcəssümüdür.
İkinci element unikal motoidman mədəniyyətinin yeni brendin fəlsəfəsində təzahürü ilə diqqəti cəlb edir.
Bənövşəyi rəng Bakı Şəhər Halqasını digər Qran-prilərdən fərqləndirən başlıca amildir.
Bakının tarixi irsi, keçdiyi sürətli inkişaf yolu, qonaqpərvərlik ənənəsi və müasir biznes imkanlari şəhər treki brendinin ana xəttində yer alıb.
Loqonun konsepti Azərbaycan Milli Xalçaçılığında qədim dövrlərdən bugünədək əks olunan alov, su və külək naxışlarının vəhdətindən qaynaqlanıb.
Gələn ilin yayında Bakı Şəhər Halqasında keçiriləcək Avropa Qran-prisinin loqosu isə bu ilin dekabrında yekun “Formula-1” təqvimi açıqlandıqdan sonra təqdim ediləcək.
Şərhlər