“Airbus” ayda 60 təyyarə istehsal edəcək
31.10.2015 05:30 Sosreaksiya 1593
Dünyanın ən böyük təyyarə istehsalçılarından olan “Airbus”un bu ilin üçüncü rübündə qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 376 milyon avro olub.
Reaksiya.az “euronews”a istinadla xəbər verir ki, şirkət “A320” modeli təyyarələrinin istehsalını 2019-cu ildə ayda 60-dək artıracağını açıqlayıb. Hazırda ayda 42 ədəd “A320” istehsal edən şirkət daha əvvəl 2017-cu ildə bu rəqəmi 50-yə çatdıracağını bildirmişdi.
Şirkətin bu dövrdəki xalis gəliri isə 6 faiz artaraq 14 milyard 72 milyon avroya çatıb.
Şərhlər