Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başa çatıb
31.10.2015 08:20 Sosreaksiya 1557
Azərbaycanda noyabrın 1-nə təyin edilən Mili Məclisə seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin seçkiqabağı təşviqat müddəti bu gün saat 08:00-da başa çatıb.
Reaksiya.az xəbər verir ki, V çağırış Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - oktyabrın 9-da başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Təşviqatı qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, namizədi qeydə alınan siyasi partiyaların, siyasi patiyaların bloklarının, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin aparma hüququ var idi.
Şərhlər